Accessibility links

Misirdə iki polis zabiti qətlə yetirilib


Misirdə silahlılar paytaxt Qahirənin qərb bölgəsində işi gedən iki polis zabitini qətlə yetirib.

Misirin Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, Giza rayonunda baş vermiş qanlı insidenti araşdırmaq üçün hadisə yerinə mütəxəssislər cəlb olunub.

Silahlı şəxslərin hadisə yerindən qaçdığı bildirilir. Hələlik hücumun məsuliyyətini heç kim öz üzərinə götürməyib.

Bu hadisə Misirin Hurqada kurortundakı otellərdən birinə ekstremistlərin basqını nəticəsində üç turist yaralanmasından sonra baş verib.

Misirin Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə hücum edənlərdən biri öldürülüb, digəri isə ağır ağır yaralanıb.

Bıçaqla silahlanmış ekstremistlər turistlərə Bella Vista otelinin restoranında hücum ediblər.

Yaralanan turistlərin Avropadan olduqları xəbər verilir.

Yerli media xəbər verir ki, basqın baş vermiş rayon polis tərəfindən mühasirəyə alınıb.

Basqınçıların otelə dənizdən gəldikləri barədə xəbərlər təsdiq edilməyib.

Örən cümə axşamı silahlılar Qahirədə bir avtobusa və ehramların yaxınlığında yerləşən bir otelə hücum etmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG