Accessibility links

Misir Konstitusiyasının İslamçıların dəyişdiyi mübahisəli hissəsinin yenidən yazılmasından cavabdeh olan mütəxəssislər heyəti bu gün ilk dəfə toplaşıb.

Misirin demokratik idarəçiliyə qaytarılmasının bir hissəsi kimi 10 hakim və hüquq professoru bir ay ərzində Konstitusiyaya dəyişiklikləri təklif etməlidir.

Çoxlu dünyəviçi və liberal misirlilər islamçıları çoxluq təşkil etdiyi komitə tərəfindən tələsik qəbul edilən əvvəlki Konstitusiyaya etiraz etmişdilər. Onlar ölkənin başlıca sənədində vətəndaş hüquqları və social ədaləti müdafiə edən sadə müddəaların olmadığını deyirdilər.

Konstitusiyanın opponentlərinin sabiq prezident Məhəmməd Mursi əleyhinə kütləvi etiraz aksiyalarına rəhbərlik etməsi nəticəsində Misir ordusu cənab Mursini devirdi və ali məhkəmənin baş hakimi Ədli Mənsuru ölkənin müvəqqəti lideri elan etdi.

Ancaq Mursinin Müsəlman Qardaşları hərəkatı ordunun bu addımı rədd edərək müvəqqəti hökumətlə danışıqları qəbul etmir. Minlərlə Mursi tərəfdarı onun hakimiyyətdən devrilməsinə qarşı Qahirənin Nəşr şəhər bölgəsində etirazlarını davam etdirir.
XS
SM
MD
LG