Accessibility links

Misirdə parlament seçkiləri keçirilir


Egyptians wait to cast their votes outside a polling station during the Egyptian parliamentary election in Alexandria, Egypt, Oct. 18, 2015.

Egyptians wait to cast their votes outside a polling station during the Egyptian parliamentary election in Alexandria, Egypt, Oct. 18, 2015.

Misirin Müsəlman Qardarları partiyasının lideri Məhəmməd Mursinin prezident kimi devrilməsindən sonra hökumətin demokratiyaya doğru yol xəritəsinin bir hissə olaraq bu gün ölkənin vilayətlərinin yarısından çoxunda yeni parlament seçkiləri keçirilir.

İlk mərhələdə 14 vilayət bu gün və sabah səs verəcək, digər səsvermə isə dekabrın əvvəlində keçiriləcək. Xaricdə yaşayan misirlər isə artıq dünən səs vermək imkanı əldə edib.

Hazırki lider Abdel-Fəttah Əl-Sissi 2013-cü ildə ölkənin demokratik yolla seçilmiş ilk prezidenti olan Mursinin hakimiyyətdən devrilməsi səylərinə rəhbərlik edib.

O, ordunun dəstəklədiyi müvəqqəti hökuməti hakimiyyətə gətirərək yeni konstitusiya və həm prezident, həm də parlament seçkiləri vəd etmişdi.

2014-cü ilin yanvarında yeni konstitusiya qəbul olundu və 4 ay sonra Sissi seçkilərdə qələbə qazandı.

Ancaq Misirdə 2012-ci ildən bəri parlament mövcud olmayıb. O zaman məhkəmə Mursinin rəhbərlik etdiyi Müsəlman Qardaşlarının üstünlük təşkil etdiyi parlamentin buraxılması qərarı vermişdi. Hazırda terror təşkilatı siyahısına daxil edilən qrupun fəaliyyətinə qadağa qoyulub.

XS
SM
MD
LG