Accessibility links

Misirdən 103 Azərbaycan vətəndaşı evakuasiya edilib


Misirdən 103 Azərbaycan vətəndaşı evakuasiya edilib

Misirdən 103 Azərbaycan vətəndaşı evakuasiya edilib

Xarici işlər nazirliyi Misirdə səfirliyin fəaliyyətini davam etdirdiyini bildirir

103 nəfər Azərbaycan vətəndaşı Misirdən evakuasiya olunub. Vətəndaşlar bu gün xüsusi təyyarə ilə Qahirədən Bakıya gəlib.

Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Amerikanın Səsi radiosuna bildirib ki, yanvarın 29-da Qahirədə işdən evinə gedərkən yolda aldığı güllə yarasından həlak olmuş Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayevin cəsədi də bu gün Bakıya gətirilib.

Cənab Poluxovun dediyinə görə, Qahirədəki Azərbaycan səfirliyi fəaliyyətini davam etdirir. “Səfir başda olmaqla bir necə əməkdaş Qahirədədir”, - deyə o qeyd edib.

Cənab Poluxo Vyana konvensiyasının şərtlərinə əsasən səfirliyin təhlükəsizliyinə görə Misir hakimiyyətinin məsuliyyət daşıdığını bəyan edib.

XS
SM
MD
LG