Accessibility links

Misirin baş naziri mətbuat konfransı keçirib


Əsgərlər çadırları yığışdırır

Əsgərlər çadırları yığışdırır

Misirin baş naziri Əhməd Şafiq deyir ki, onun kabinetinin başlıca prioriteti 18 günlük nümayişlərin ardınca ölkədə təhlükəsizliyi və normal həyatı bərpa etməkdir. Bu gün mətbuat konfransında danışan cənab Şafiq sabiq prezident Hüsni Mübarək hakimiyyəti tərk edəndən bəri ilk dəfədir ki, ictimaiyyət qarşısına çıxır.

Mübarək cənab Şafiqi yanvarın 29-da etiraz aksiyaları başlanandan dörd gün sonra baş nazir təyin etmişdi. Baş nazir bildirib ki, hökumətin uzun müddətli hədəfləri ictimai xidmətləri bərpa etmək və təhsil standartlarını yüksəltməkdir. O, həmçinin kabinetdə bir sıra postların boş qaldığını və bu yerlərin ictimaiyyətə məqbul şəxslərlə doldurulacağını vəd edib.

Misirin yeni hərbi idarəçiləri bu gün Təhrir meydanında nəqliyyatın keçidini bərpa etmək məqsədilə nümayişçilərin çadırlarını sökməyə başlayıblar. Bu zaman bəzi nümayişçilərlə əsgərlər arasına çəkişmələr baş verib.

Bu arada Daxili İşlər Nazirliyinin binası qarşısında yüzlərlə polis etiraz aksiyası keçirib. Onlar maaşlarının artırılmasını və reputasiyalarına xələl gətirən rəsmilərin cəzalandırılmasını tələb ediblər. Binanı qoruyan əsgərlər havaya atəş açmış və polislərlə toqquşmuşlar. Misir polisi Hüsni Mübarəkin rəhbərliyi altında ölkədə qəddar və korruspioner reputasiya qazanıb.

XS
SM
MD
LG