Accessibility links

Misrin müvəqqəti prezidenti siyasi keçid planına dəyişiklik edir


Misirin müvəqqəti prezidenti deyir ki, parlament seçkilərindən öncə prezident seçkilərinin keçirilməsinə imkan yaratmaq üçün o, siyasi keçid planında dəyişiklik edir.

Təhlilçilər deyir ki, bu dəyişiklik ordu rəhbəri və müdafiə naziri general Abdel Fatah Əl-Sissinin bir neçə ay içərisində Misirin prezidenti seçilməsi şansını artırır.

Misir ordusu islamçı prezident Məhəmməd Mursini iyul ayında hakimiyyətdən devirəndən sonra yol xəritəsinə görə ilk olaraq parlament seçkilərinin keçirilməsi razılaşdırılmışdı.

Müvəqqəti prezidenti Ədli Mənsur yol xəritəsinə dəyişikliyi bu gün televiziya ilə yayımlanan çıxışı zamanı elan edib. O deyib ki, son terror hücumları ölkənin demokratiyaya keçidinin qarşısını ala bilməyəcək.

Rəsmilərin məlumatına görə, dünən cənab Murisinin sələfi Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsinin üçüncü ildönümü günün baş vermiş qarşıdurmalar zamanı 49 nəfər həlak olub.
XS
SM
MD
LG