Accessibility links

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin bu gün başlayan məhkəməsi təxirə salındı (Yenilənib)

  • Nərminə Cəlalqızı

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin bu gün başlayan məhkəməsi təxirə salındı (Yenilənib)

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin bu gün başlayan məhkəməsi təxirə salındı (Yenilənib)

Misirdə 18 gün davam edən inqilabdan altı ay sonra, bu gün sabiq prezident Hüsnü Mübarək üzərində məhkəmə başlanıb. Qahirənin məhkəmə zalında olan sabiq prezident ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Məhkəmənin getdiyi müddətdə Hüsnü Mübarək xəstəxana çarpayısında zalda yerləşdirilmiş qəfəsdə olub. Sabiq Misir prezidenti hökumətə qarşı keçirilən etiraz nümayişləri zamanı insanların öldürülməsinə əmr verməkdə ittiham olunur. Hakim məhkəməni avqust ayının 15-dək təxirə salıb.

Nümayişlər zamanı 900-ə yaxın insanın öldürüldüyü deyilir. Səlahiyyətlərindən sui-istifadə edərək milli sərvətləri mənimsəmə və korrupsiya ittihamları ilə üzləşən sabiq prezidentə qarşı ölüm hökmü çıxarıla bilər. Dinləmələr zamanı cənab Mübarəkin iki oğlu, Alaa və Camal məhkəmə zalında atalarının yanında dayanıblar. Oğulları onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.

XS
SM
MD
LG