Accessibility links

Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəməsi yenidən təxirə salındı (Yenilənib)


Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəməsi yenidən təxirə salındı (Yenilənib)
Misirin sabiq prezidenti Hüsnü Mübarəkin məhkəməsi yenidən təxirə salındı (Yenilənib)

Nümayişlər zamanı 850 nəfərin qətlində günahkar bilinən sabiq Misir prezidenti Hüsnü Mübarəkin bu ayın əvvəlində təxirə salınan məhkəməsi bu gün yenidən işinə başladıqdan sonra məhkəməyə sədrlik edən hakim məhkəmənin yenidən sentyabr ayının 5-nə keçirildiyini elan etdi. Hakim eləcə də Hüsnü Mübarək dövründəki daxili işlər naziri Həbib Əl-Ədlinin məhkəməsini sabiq prezidentin məhkəməsi ilə birlikdə keçirmək qərarına gəlindiyini bildirib.

Avqustun 3-də olduğu kimi bu gün də cənab Mübarəki Qahirənin məhkəmə zalına xəstəxana çarpayısında gətirmişdi. 83 yaşlı sabiq prezident ona qarşı vəzifəsindən sui-istifadə və korrupsiya ittihamları ilə üzləşir. Günahkar tanınsa Mübarək ölüm cəzası ilə üzləşə bilər.

Hüsnü Mübarəkin iki oğlu, Əlaa və Camal məhkəmə zalındakı dəmir qəfəsdə atalarının yanında dayanmış və onlara qarşı da irəli sürülən korrupsiya ittihamını rədd etmişlər. Məhkəmənin keçirildiyi binanın qarşısında isə sabiq prezident Hüsnü Mübarəki dəstəkləyənlərlə ona qarşı olanlar arasında qarşıdurma baş vermişdi.

XS
SM
MD
LG