Accessibility links

Misirin yeni baş naziri Kamal Əl-Qanzuri


Misirin yeni baş naziri Kamal Əl-Qanzuri
Misirin yeni baş naziri Kamal Əl-Qanzuri

Misirin hakimiyyətdə olan Ali Hərbi Şurası Kamal Əl-Qanzurinin baş nazir təyin edildiyini elan edib.

Cənab Qanzuri bundan əvvəl 1996 və 1999-cu illər arasında perzident Hüsnü Mübarəkin hakimiyyəti dövrü baş nazir olmuşdur.

70 yaşlarında olan Kamal Əl Əl-Qanzuri iqtiasdiyyatçıdır. O, baş nazir vəzifəsində bu həftə hökumətin nümayişçilərin islahat tələblərini yerinə yetirmək üçün güzəştləri çərçivəsində istefa vermiş mülki kabinetin başçısı Essam Şərəfi əvəz edəcək. Mübarək dövrü baş nazir olmazdan öncə o, bir sıra yüksək vəzifələrdə olmuşdur.

Cümə günü mətbuat konfransı zamanı cənab Qanzuri deyib ki, baş nazir kimi xalq naminə və xalqın nümayəndəsi kimi ölkəyə xidmət edəcək. O, yeni kabinetin bazar ertəsi günü parlament seçkilərindən sonra formalaşdırılacağını əlavə edib.

XS
SM
MD
LG