Accessibility links

Misirin yeni konstitusiyasının təsisi üçün yaradılan 100 nəfərlik heyət arasında islamçılar üstünlük əldə edib. Seçilən 50 qanunvericidən 37-i islamçıdır. Vətəndaş cəmiyyətindən seçkilənlərin də əksəriyyəti islamçıdır.

MENA xəbər agentliyi parlamentin aşağı palatası və senat tərəfindən seçkilən nümayəndələrin adlarını açılayıb.

Misirin liberal və solçu qanunvericiləri bu seçimi boykot edib. Onlar islamçıların konstitusiya layihəsini inhisarllarına alacağından şikayətlənir.

Yeni heyətin ilk toplantısı çərşənbə günü təşkil ediləcək.

XS
SM
MD
LG