Accessibility links

Misirin yeni siyasi dövrə qədəm qoyması bəzi qadınları daha fəal olmağa sövq edir (Video)

  • Nərminə Cəlalqızı

Qahirədə bu yaxınlarda qadın huquqlarına həsr edilmiş konfransda Misirin müxtəlif təbəqə və dinlərindən olan insanlar-müsəlmanlar, xristianlar, solçular və mühafizəkarlar iştirak edib. “Misirli Qadın” adlı yeni kampaniyanın təşkilatçıları iqtisadi baxımdan ölkənin yüksək səviyyəli bölgələrindəki qadınlarla yanaşı yoxsul bölgələrindən də, hüquqları keçmiş hakimiyyət tərəfindən tapdalanan qadınları bir araya gətirməyə ümid edir.

Əmani Həsən “Misirli qadınlar” kampaniyasının təşkilatçılarındandır. “Hökumət çox səs toplamaq üçün qadınların səslərini pulla alır. Biz həmin qadınlara ölkənin gələcək taleyinin onların əlində olduğunu başa salmalıyıq. Onlar namizədi hansı kriteriyalara əsaslanaq, gələcəkdə onların özlərini, uşaqlarını nə ilə təmin edəcəyini biləndən sonra seçməyi bacarmalıdırlar.”- deyə, o bildirir.

Belə bir kampaniya bir çox misirli üçün yeni bir anlayışdır. Əvvəllər qadın hüquqlarını müdafiə qruplarının fəaliyyətləri heç bir nəticə vermirdi.

Əmani Həsən belə təşkilatlarda yalnız yüksək səviyyəli, elitar siniflərdən qadınların fəaliyyət göstərdiyini və onların Misir qadınının gündəlik problemlərindən xəbərləri olmadıqlarını deyir.

İslamçı namizədin seçkilərdə qələbə əldə etməsi qadınların mübarizələrinin artmasına təsir edə bilər. İnsan haqları müdafiəçiləri İslamçı qanunvericilərin qızların nikah yaşının daha da azaldılmasını və qadınların cinsi orqanlarının axtalanmasının tərəfdarı olduğlarını deyirlər.

İslamçı namizədləri dəstəkləyən Amani Həssən belə hallardan narahat olmadığını deyir. “Əlbəttə, ekstremistlər var, lakin mən düşünmürəm ki, onlar çoxluq təşkil etmir “

Yeni prezidentin fundamentalistlərin təzyiqlərinə nə dərəzədə məruz qalacağı hələ məlum deyil. Professor Nora Məhəmməd İsmayıl: “Ən yaxşısı mötədil dindarlıqdır. Biz mötədil xalqıq.”

Nora İsmayıl hesab edir ki, dindən əlavə kişilərin dominantlıq etdiyi cəmiyyətdə ənənələr də qadınların əleyhinə işləyir.





XS
SM
MD
LG