Accessibility links

Misirli nümayişçilər Təhrir meydanını tərk etməkdən imtina edir


Misirli nümayişçilər Təhrir meydanını tərk etməkdən imtina edir

Misirli nümayişçilər Təhrir meydanını tərk etməkdən imtina edir

Bir neçə yüz misirli nümayişçi ordunun Təhrir meydanını tərk etmək barədə əmrinə məhəl qoymayaraq üçüncü gündür ki, aksiya keçirir. Onların başlıca tələbi korrupsiya üzrə məhkəmələrin başlamasıdır.

Tikanlı məftillərlə əhatə olunmuş nümayişçilər hərbi lider Feldmarşal Məhəmməd Hüseyn Tantaviyə qarşı şüarlar səsləndiriblər. Tantavi fevral ayında prezident Hüsni mübarək devriləndən bəri ölkəni idarə edən hərbi şuranın rəhbəridir.

Misirin hərbi liderləri şənbə günü bəyan edibər ki, onların həyatın normal məcraya qayıtması üçün nümayişçilərə qarşı zordan istifadə etməyə hazırdırlar. Xəbərdarlığa baxmayaraq nümayişçilər meydanı tərk etməyib.

XS
SM
MD
LG