Accessibility links

Misirlilər Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsinin bir həftəsini qeyd edir


Misirlilər Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsinin bir həftəsini qeyd edir

Misirlilər Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsinin bir həftəsini qeyd edir

Demokratik hərəkatın on minlərlə tərəfdarı paytaxt Qahirənin Təhrir meydanına toplaşaraq president Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsinin birinci həftəsini qeyd ediblər. Hərbi orkestrin ifasında marş sədaları altında demokratik fəallar Misir bayraqlarını yelləmiş və şüarlar səsləndirmişlər.

Bu arada aparıcı müsəlman ruhanisi Yusif əl-Karadavi ordunu xalqın səsinə qulaq asmağa və hökumətə yeni adamlar gətirməyə çağırmışdır. Cənab Mübarəkin istefasındən sonra da kabinetdə çox sayda sabiq prezidentin müttəfiqləri qalmaqdadır. Ruhani xalqı yeni hökumətə səbrlə yanaşmağa çağırıb.

Xalqın dəstəyinə malik olan Misir ordusu növbəti seçkilər keçirilənədək ölkəni idarə edəcək.

Şahidlərin dediyinə görə insanların əhval-ruhiyyəsi yüksəkdir və nümayişlərin gün ötdükcə momentum qazanacağı gözlənilir.


XS
SM
MD
LG