Accessibility links

Misirlilər ölkəni idarə edən generalın təkliflərini rədd edir

  • Amerikanın səsi

Misirlilər ölkəni idarə edən generalın təkliflərini rədd edir

Misirlilər ölkəni idarə edən generalın təkliflərini rədd edir

Təhrir Meydanına toplaşan on minlərlə insanın ölkəni idarə edən generalın təkliflərini rədd edərək, onun istefasını tələb etməsindən sonra Misirdə siyasi durum daha da gərginləşib. Nümayişlər və qarşıdurmaların ölkənin bir neçə şəhərində davam etdiyi və liman şəhəri İskəndəriyyədə təhlükəsizlik qüvvələrinin atəş açaraq bir nəfəri öldürdüyü deyilir. Polis güllələrdən istifadə etmədiyni desə də, ölkə boyu baş qaldıran zorakılıqlar dalğasında güllə yarasından 30 nəfərin öldüyü bildirilir.

Silahlı Qüvvələr Ali Şurasının başçısı Məhəmməd Təntavi dünən hərbi hökumətin idarəçiliyini mülki hakimiyyətə 2012-ci ilin iyul ayınadək təhvil verəcəyini bildirib.

XS
SM
MD
LG