Accessibility links

Misirlilər səhra komandirinin istefasını tələb edir

  • Amerikanın səsi

Misirlilər səhra komandirinin istefasını tələb edir

Misirlilər səhra komandirinin istefasını tələb edir

Misir paytaxtı Qahirədə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş vermiş qarşıdurma zamanı 40 nəfərdən çox insan xəsarət alıb. Küçələrə çıxan nümayişçilər səhra komandirinin istefasına çağırır.

Etirazçılar bu ilin əvvəli 18 günlük nümayişlər zamanı insanların öldürülməsinə görə məsuliyyət daşıdığı düşünülən təhlükəsizlik zabitlərinin istintaqının ləng aparılmasına görə qəzəblərini ifadə edir.

Onlar səhra komandiri Məhəmməd Hüseyn Tantavini devrilmiş president Hüsnü Mübarək rejiminə sadiq ali rəsmilərin cinayət işləri ilə bağlı təhqiqatı gecikdirməkdə günahlandırır.

Misir təhlükəsizlik qüvvələri paytaxtın Təhrir meydanına toplaşan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bu meydan fevral ayında Hüsnü Mübarəkə qarşı keçirilən nümayişlərin episentri idi.

XS
SM
MD
LG