Accessibility links

Misratadakı Liviyalı üsyançılar raket hücumlarına məruz qalıb


Misratadakı Liviyalı üsyançılar raket hücumlarına məruz qalıb

Misratadakı Liviyalı üsyançılar raket hücumlarına məruz qalıb

Liviya hökumətinin hərbi əməliyyatları dayandırdığını açıqlamasına baxmayaraq, bu gün Liviyanın üsyançıların əlində olan Misrata şəhəri raket hücumlarına məruz qalıb.

Şahidlərin dediyinə görə, güclü döyüşlərin getdiyi Misrata şəhərində son iki ay ərzində yüzlərlə adam həlak olub. Hadisədən bir neçə saat əvvəl Liviya xarici işlər nazirinin müavini Xalid Kaim deyib ki, ordu Misratada üsyançılara qarşı əməliyyatı dayandırıb, ancaq qüvvələr şəhəri tərk etmir.

Kaimin sözlərinə görə, qoşunlar qəbilə ağsaqqallarının yaraqlılarla danışıqlar aparmasına şərait yaratmasını dayandırıb. O deyib ki, əgər 48 saat ərzində üsyançılar təslim olmasa, qoşunların əvəzinə qəbilələr mübarizəyə qalxacaq.

XS
SM
MD
LG