Accessibility links

Bazar ertəsi Manilada keçirilən Miss Universe (Kainat gözəli) yarışmasında 86 iştirakçı arasında 23 yaşlı fransalı stomatologiya tələbəsi qalib gəlib.

Miss Universe 2017 adına layiq görülən İris Mittener ötən ilki qalib filippinli Pia Urtzbax ona tacı taxdığı zaman sevinc göz yaşlarını saxlaya bilməyib.

Fransanın şimalında yerləşən kiçik Lil şəhərindən olan Mittener taca sahib olduğu bir il ərzində diş və ağız gigiyenasını təbliğ edəcəyini deyib.

2010-cu ildə doğulub böyüdüyü şəhərin dağlmasına səbəb olan zəlzələdən sonra sağ qalan 25 yaşlı Miss Haiti Rakel Pelissier 2-ci, 23 yaşlı Miss Kolumbiya Andrea Tovar isə üçüncü yeri əldə edib.

XS
SM
MD
LG