Accessibility links

Ərəb mənşəli amerikalı ABŞ gözəli titulunu qazanıb


ABŞ-a körpə yaşlarında köçmüş Rima Fakih Amerika gözəli titulunu qazanan ilk ərəb mənşəli və müsəlman amerikalıdır

Las Veqasda keçirilən gözəllik müsabiqəsində 24 yaşlı ərəb mənşəli amerikalı Rima Fakih ABŞ gözəli titulunu qazanıb.

Livandan mühacirət etmiş Rima Fakih ziyafət və çimərlik geyimlərini nümayiş etdirib müsahibə verdikdən sonra müsabiqənin qalibi olub. Fakih ABŞ-ın 50 ştatından yarışa qoşulan gözəllər içində ən yüksək titulu qazana bilib.

ABŞ-a körpə yaşlarında köçmüş Fatih Amerika gözəli titulunu qazanan ilk ərəb mənşəli və müsəlman amerikalıdır. O, müsabiqənin təşkilatçılarına deyib ki, ailəsilə həm müsəlman, həm də katoliklərin bayramlarını qeyd edir.

Rima Fakih Miçiqan ştatını təmsil edir.

ABŞ gözəli müsabiqəsi Amerika gözəli müsabiqəsindən fərqli tədbirdir.

XS
SM
MD
LG