Accessibility links

Mississippidə nəhayət quldarlıq ləğv olundu...


Mississippi ştatının sakini "Linkoln" filmindən ilhamlanaraq yaşadığı ştatda quldarlığı ləğv edən 13-cü düzəlişin ratifikasiyasını təmin edib. Belə ki, məmur səhvi ucbatından ratifikasiya indiyədək qeydə alınmamışdı.

1865-ci ildə Cənub tərəfdə vuruşmuş Mississipi 13-cü düzəlişi rədd edən ştatlardan biri olmuşdu. Yalnız 1995-ci ildə millət vəkilləri bunun dəyişməsinə səs vermişdilər. Problem onda olub ki, ştat ABŞ arxivinə heç vaxt sənədin rəsmi surətini göndərməyib və beləliklə təsdiq heç vaxt qeydə alınmayıb.

Qeydiyyat qüsuru Mississippi ştatının sakini Ken Sullivan tərəfindən aşkar olunub. Bu məsələ Kenin iş yoldaşı ilə "Linkoln" filmi barədə söhbəti zamanı üzə çıxıb. Sullivan Mississippi ştatının dövlət katibi ilə əlaqə saxladıqdan sonra düzgün sənədləşmə ABŞ arxivinə göndərilib.

"Linkoln" filmindən fraqment
"Linkoln" filmindən fraqment

Qətnamə fevral ayının əvvəlində federal qeydiyyat bürosunun direktoruna çatıb və o, Mississippinin rəsmi olaraq ABŞ konstitusyasının 13-cü düzəlişini təsdiq etdiyini elan edib.

“Film məni qəhərləndirdi və bu addımı atmağa sövq etdi,” deyə Sullivan motivlərini izah edir.

“Sənədlərin niyə 1995-ci ildə göndərilmədiyi və düzəlişin qeydiyatında səhvin olduğu barədə məlumat yoxdur. Ken Sullivana nümunəvi vətəndaş olaraq bu məsələyə işıq saldığı üçün ona təşəkkür edirəm,” deyə Mississippi ştatının keçmiş dövlət katibi bildirib.

Ken Sullivan "Linkoln" filmindən məmnun qaldığını və indiyə qədər baxdığı filimlər arasında ən təsirli film olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG