Accessibility links

Mississippi çayı Tennessi ştatını suya qərq edib


Mississippi çayı Tennessi ştatını suya qərq edib

Mississippi çayı Tennessi ştatını suya qərq edib

ABŞ metereoloqları Mississippi çayının səviyyəsinin cənubi Tenessi ştatında ikinci dəfə ən yüksək həddə çatdığını bildirirlər.

Bir neçə ştatın minlərlə sakini Mississippi çayı sahilindəki evlərindən evakuasiya olunub. Son günlərdə əriyən qar və leysan yağışlar çayın daşmasına səbəb olub.

Çayın səviyyəsi Tenessinin ən iri şəhəri olan Memfis yaxınlığında 14.5 metr hündürlüyə qalxıb. Mississippinin günün sonunadək bir qədər də qalxacağı güman edilir.

Sonuncu dəfə çayın səviyyəsi 70 il bundan öncə 14.8 metrə yüksəlmişdi.

XS
SM
MD
LG