Accessibility links

Natçez paroxodunun 40 yaşı tamam olur [Video]


Natçez paroxodunun 40 yaşı tamam olur
please wait

No media source currently available

0:00 0:02:41 0:00

19-cu əsrdə Mississippi çayında paroxodlar ən geniş yayılmış nəqliyyat vasitəsi idi. Hazırda onların sayı azalıb. Fəaliyyətdə olanlar bu ay 40-cı ldönümlərini qeyd edir.

Natçez paroxodu bir zamanlar hindlilərin mərasim mərkəzi olan Mississippi şəhərinin dayağı olan gəmilərin doqquzuncusudur.

Bu paroxod əsasən poladdan olmaqla, 1925-ci il gəmilərinin mühərrik sisteminə uyğun olaraq 1975-ci ildə istehsal edilib.

Bu gün bu gəmi Mississippinin 19-cu əsrdəki həyatı ilə tanış olmaq istəyən turisləri daşıyır.

“Kütləvi informasiyadan əvvəl çay boyu yerləşən şəhərlərin nə gündəlik, nə də həftəlik qəzetləri var idi. Lakin gəminin fiti onun şəhərlərə yaxınlaşdığının işarəsi idi.”

79 yaşlı Klark Houli Natçezin ilk kapitanı olub. Təqaüddə olan Klark fit sisini eşitdikdə gəmi ilə səyahətə çıxır. “O zamanlar insanları, yükləri, plantasiyalardan odunları daşıyan paroxodlar var idi. Bəzi gəmilərdə filmlərin nümayişindən əvvəl tamaşalar qoyulurdu. İnanmayacaqsınız, amma şəhərbəşəhər gəzib kolleksiya toplayan incil gəmiləri belə var idi.”

Natçezin hazırkı kapitanı Donald Hyuqton bir neçə kapitandan biri olduğu üçün qürur hissi keçirir. “Bu, tayı-bərabəri olmayan, Yeni Orleansda üzən paroxoddur. Bu gəmi insanları Mississippi çayı üzrində yerləşən bu şəhərlə tanış edir.”

Kruiz zamanı sərnişinlər caz sədaları altında istirahət edir.

Houlinin dediyinə görə, gəmilərin cədvəlləri onların səyahətləri haqda məlumat verirdi. “Bu, indi də çay kənarında yaşayan insanların həyat tərzini nümayiş etdirir.”

Yaxşı durumda olan Natçez hələ illərlə çay aşağı, çay yuxarı yolçuluğunu davam etdirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG