Accessibility links

ABŞ prezidenti qaradərili yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra baş qaldıran iğtişaşlara son qoyulmasına çağırıb. Barak Obama gəncin ailəsinə baş sağlığı verib.

Mussiri ştatının St.Luis şəhər sakinləri 18 yaşlı Maykl Braunun qətlindən sonra etiraz aksiyaları keçirir. Nümayişçilər mağazaları talan edir, polislə qarşıdurmalar yaradır.

Ferquson şəhərində qaradərili sakinlərlə ağ siyasi liderlər və polis arasında gərginliklər artır.

Polisin bildirdiyinə görə, Braun polis maşınındakı əlbəyaxa zamanı öldürülüb. Lakin şahidlər onun yoldaşları ilə bərabər mağazadan çıxarkən polis tərəfindən əllərinin qaldırılmasına göstəriş verildiyini deyir. Onlar Braunu güllələyən polisin ağ olduğunu desə də, rəsmilər polisin irqi və kimliyi barıədə məlumat vermir.

Mussiri ştatının qurbernatoru Cey Nikson da sakitliyə səsləyib.

Federal Təhqiqat Bürosu hadisə ilə bağlı istinataqa başlayıb.

XS
SM
MD
LG