Accessibility links

İğtişaşlara səbəb olan qaradərili gənc oğurluqda şübhəli bilinir [Yenilənib]


ABŞ-ın Missuri ştatının polisinin məlumatına görə, polisin açtığı atəş nəticəsində ölməsi iğtişaşlara səbəb olan qaradərili silahsız gənc oğurluq faktında şübhəli bilinir.

Bu gün açıqlanan video görüntülərdə 18 yaşlı Maykl Braunun avqustun 9-da dükanda insident yaratdığı nümayiş etdirilib. Məlumatda deyilir ki, Braun dükanda bir qutu siqar götürərək çıxır. O, daha sonra hadisə yerinə gələn polis tərəfindən öldürülüb.

--------------------------------------

Qaradərili silahsız gəncin polis zabiti tərəfindən öldürüldüyü Missuri ştatının Ferquson şəhərinin polisi gənci öldürən polisin adının Darren Uilson olduğunu açıqlayıb.

Bu gün səhər bu barədə açıqlama verən Ferquson polis rəisi Tomas Cekson daha əvvəl ölüm təhdidi səbəbilə onun adını açıqlamaqdan imtina etmişdi.

Darren Uilson 6 ildir polisi zabiti kimi fəaliyyət göstərirmiş.

St.Luis şəhər sakinləri 18 yaşlı Maykl Braunun qətlindən sonra etiraz aksiyaları keçirir. Nümayişçilər mağazaları talan edir, polislə qarşıdurmalar yaradır.

Ferquson şəhərində dünən məktəblərin açılışı bazar ertəsinədək təxirə salınıb.

Polisin bildirdiyinə görə, Braun polis maşınındakı əlbəyaxa zamanı öldürülüb. Lakin şahidlər onun yoldaşları ilə bərabər mağazadan çıxarkən polis tərəfindən əllərinin qaldırılmasına göstəriş verildiyini deyir. Onlar Braunu güllələyən polisin ağ olduğunu desə də, rəsmilər polisin irqi və kimliyi barədə məlumat vermir.

XS
SM
MD
LG