Accessibility links

Stefan De Mistura: Müzakirələrin alternativi Suriyada müharibənin ağırlaşmasıdır


BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi bu gün Cenevrədə müzakirələrin növbəti raundunu keçirib.

Suriya hökumətinin nümayəndə heyəti ilə görüşdən əvvəl Stefan De Mistura deyib ki, müzakirələrin alternativi hazırkı müharibənin daha da ağırlaşmasıdır.

Müzakirələrin alternativi hazırkı müharibənin daha da ağırlaşmasıdır

BMT nümayəndəsi gələn 10 gün ərzində münaqişə tərəfləri ilə ayrı-ayrılıqda görüşlər keçiriləcəyini bəyan dedib.

O, aprel ayının əvvəllərində keçirilməsi planlaşdırılan növbəti danışıqlaradək razılıq olmasa da, yol xəritəsinin müəyyən ediləcəyini bildirib.

Stefan De Mistura bu müddət ərzində hərbi əməliyyatların dayandırılması və humanitar yardımların artırılmasının vacibliyini vurğulayıb.

ABŞ dövlət katibi Con Kerri Britania, Fransa, Almaniya və İtaliyanın xarci işlər nazirləri ilə dünən görüş keçirib.

Stefan De Mistura

Stefan De Mistura

Suriyanın xarci işlər naziri Vahid Müəllim xəbərdarlıqla çıxış edərək, prezident Əsədin taleyinin müzakirə mövzusu olmayacağını bildirib.

Suriya müxalifətinin baş müzakirəçisi Məhəmməd Alloş prezidentin istefasını tələb edib. Fransanın AFP xəbər agentliyinə müsahibəsi zamanı o deyib ki, keçid mərhələsi Əsədin süqutu, ya da ölümündən sonra baş tutacaq.

BMT rəsmiləri ölkədə zorakılıqların səviyyəsinin düşməsinin 115 min suriyalını ərzaq, su, dərman və digər təcili ləvazımatla təmin edilməsinə imkan yaratdığını bildirib.

Suriyada 5 ildir sürən vətəndaş müharibəsi 270 min insanın həyatına son qoyub, milyonlarla insanı didərgin salıb.

Bu arada, Rusiya prezidenti Vladimir Putin qüvvələrin Suriyadan çıxarılmasına göstəriş verib.

Dövlət mediasının bildirdiyinə görə, prezident müdafiə və xarici işlər naziləri- Sergey Şoyqu və Sergey Lavrova sabahdan etibarən qüvvələrin əsas hissəsinin Suriyanı tərk etməsini həvalə edib.

Kremlin veb səhifəsində deyilir ki, Putin bu barədə Suriya prezidenti Bəşar Əl-Əsədlə razılıq əldə edib.

Putinə istinadən bildirilir ki, Rusiya qüvvələrinin qalan hissəsi Suriyada hərbi əməliyyatların dayandırılmasının monitorinqini həyata keçirəcək.

Ağ Ev Rusiya qüvvələrinin Suriyadan çıxaırlmasına dair məlumat əldə etmədiyini və bunun dinamikanın dəyişməsinə təsirinin qeyri-müəyyən olduğunu bəyan edib.

Show comments

XS
SM
MD
LG