Accessibility links

Mitat Çelikpala: Dağlıq Qarabağa daha çox üstünlük verilir


Mitat Çelikpala: Dağlıq Qarabağa daha çox üstünlük verilir

Mitat Çelikpala: Dağlıq Qarabağa daha çox üstünlük verilir

Sual:Qafqazda ərazi iddialarının həlli mümkündürmü?

Cavab:Bu iddiaların hazırkı vəziyyətinə baxılsa, hər kəsi razı salacaq bir çıxış yolu və ya problemin tez bir zamanda həllinin mümkün olduğunu düşünmürəm. Amma bəzi tərəflərin itkilər verib, bəzilərinin “qazanc” əldə etməsi ilə bu işin içindən çıxmaq mümkündür. Bu məsələnin başqa yollarla həll ediləcəyi mümkün görümür. Müharibə olmadan həll tapılmayacağına görə, mövcud vəziyyətdən ortaq nöqtələr və güzəştlərlə çıxıla bilər. Lakin tez bir zamanda bu mümkün olmayacaq.

Sual:Qafqazda müharibə olmasa da, sülh də yoxdur. Sülhün bərqərar edilməsində region ölkələri strategiyalarında dəyişiklik etməlidirlərmi?

Cavab : Dəyişməyə məcbur olacaqlar. Regionun böyük qüdrətləri müharibə istəmir.Əgər müharibə olmayacaqsa, sülh yolu seçiləcəksə, bunun üçün müzakirələrin artırılması, tərəflərin siyasətlərində bir sıra güzətlərə getməsi lazımdır. Bu, çox çətin işdir. Çünki həlli müşkül bir sıra problemlər var. Dağlıq Qarabağla bağlı tərəflərin dirəndikləri nöqtə status məsələsidir. Hansı tərəf siyasətini dəyişəcək? Bunu vaxt göstərəcək. Əgər tərəflər siyasətlərini dəyişməsə müharibə olmadan vəziyyətdən çıxış da olmayacaq.

Sual: Eksperlərin fikrincə, Qafqaz münaqişələri bu gün arxa plana keçib. Siz bunu beynəlxalq ictimaiyyətin münaqişələrin həlli prosesindəki rolunun azaldılması ilə izah edə bilərsinizmi?

Cavab: Ola bilər. Beynəlxalq müstəvidə Qafqaz problemləri arxa plana keçmiş kimi görünür. Amma bir çox ölkə hələ də məsələ ilə maraqlanır. Təbii ki, Yaxın Şərq və Şimali Afrikada vəziyyət qarışıq olduğu üçün problemə diqqət yetirilmədiyinə dair təsəvvür yaranıb. Lakin region üzrə mütəxəssislər problemin qısa zamanda həllini mükün sayırlar. Buraya həm Dağlıq Qarabağ, həm Osetiya, həm də Abxaziya daxildir. Dağlıq Qarabağa daha çox üstünlük verilir. Beynəlxalq ictimaiyyət daha diqqətli olmalıdır. Düşünürəm ki, səssizlik uzun sürməyəcək və beynəlxalq ictimaiyyət bundan uzaqda dura bilməyəcək.

Sual: Abxaziya prezidenti Baqapş qeyri-rəsmi səfərlə Türkiyədədir. Azərbaycanın ərazi bötüvlüyü ilə bağlı Türkiyənin mövqeyi bəllidir. Türkiyə rəsmilərinin Gürcüstanla bağlı fikirləri nədir?

Cavab :Türkiyə dövlətinin siyasətində dəyişiklik yoxdur. Abxaziya prezidenti Türkiyəyə gəldi və bir sıra görüşlər keçirəcək. Xarici İşlər Nazirliyinin açıqlamasında Türkiyənin mövqeyində dəyişiklik olmadığı bəyan edilir. Burada ərazi bütövlüyü ilə bağlı Türkiyənin siyasətinin eyni olduğu bildirib. Abxaziya və Osetiya münaqişələrinin həlli üçün, bəlkə də Türkiyənin təzyiqləri altında, qərb ölkələri prosesdə iştirak etməlidir. Rusiyanı xaric etməklə, qərb ölkələrini oyuna çəkəcək birisinə ehtiyac var. Yoxsa hazırkı vəziyyət yenidən donma həddinə çata bilər. Amma donmayacaq. Türkiyə ərazi bötüvlüyü nəzərə alınmaqla problemlərin həlli üçün yeni alternativlər üzərində işləyir.

XS
SM
MD
LG