Accessibility links

Növbəti mitinq sentyabrın 29-na təyin edilib

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin 29 sentyabrda keçiriləcək növbəti görüş-mitinqi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Bu barədə Amerikanın Səsinə prezidentliyə namizədin mətbuat xidmətindən bildriblər.

Müraciətdə deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə,“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa və Seçki Məcəlləsinin 86.2-ci maddəsinə müvafıq olaraq, 29 sentyabr 2013-cü il tarixində saat 16.00-dan 18.00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman Sağlamlıq Kompleksinin stadionunda Seçki Məcəlləsinin 74-cü maddəsinə əsasən 09 oktyabr 2013-cü ildə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Cəmil Həsənlinin seçicilərlə görüşü keçiriləcək.

“Professor Cəmil Həsənliyə səs verin!,“Doğrunu seç!”, “Konstitusiyaya əməl edək!”, “Namizədlərə bərabər şərait yaradılsın!”, “Qanunların alililiyi hamı üçündür!”, “Namizədlə görüşə əngəl yaratmayın!”, “BƏSDİR!” və seçki təbliğatına aid digər şüarlarla keçiriləcək görüşdə 10 (on) min nəfərin iştirakı gözlənilir.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa və Seçki Məcəlləsinə əsasən məktubumuzu müzakirə edərək, görüşün keçirilməsinə ən az 3 iş günü qalanadək təşkilatçılara məlumat verməyinizi xahiş edirik”, deyə müraciətdə qeyd edilib.
XS
SM
MD
LG