Accessibility links

Mitinq sosial tələblərlə keçirləcək

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) aprelin 9-da İnşaatçılar metrosunun yaxınlığındakı “Məhsul” stadionunda sosial tələblərlə mitinq keçirəcək. Bu barədə DQMŞ Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli bu günkü mətbuat konfransında bildirib.

​Ə​.Kərimli qeyd edib ki, aksiya “Talana yox!”, “Korrupsiyaya yox!”, “Ailə hakimiyyətinə yox!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə keçiriləcək.

O, vətəndaşları mitinqdə fəal iştiraka çağırıb.

“Biz göstərəcəyik ki, ölkədə bu rejimə “dur” deyən qüvvələr var”, Ə.Kərimli vurğulayıb.

Onun sözlərinə görə, mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndəriləcək.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG