Accessibility links

Müxalif gənc fəallar həbs edilib [Video]


Həbs edilən müxalif fəallar (Foto Azadlıq qəzetindən götürülüb)
Həbs edilən müxalif fəallar (Foto Azadlıq qəzetindən götürülüb)

Gənclər 10-15 sutka inzibati həbsə məhkum edilib


Milli Şuranın 12 oktyabr mitinqindən sonra polislərlə yaranmış insidentdən sonra bu gün siyas fəal gənclərin bir qismi Yasamal rayon polis idarəsinə çağırılıb və orada dindirilib.

Dindirilmədən sonra gənclər Yasamal rayon məhkəməsinə aparılıb. Məhkəmənin qərarı ilə Türkel Azərtürk ( AXCP üzvü) 15 sutka, Əli Səfərli (bitərəf) 15 sutka, Sərvər Abdullah (AXCP üzvü) 10 sutka, Emin Maniyev (bitərəf) 10 sutka inzibati həbsə məhkum edilib. Anar Əkbərov (bitərəf) 100 manat və Orxan Baxışlı (bitərəf) 50 manat cərimələnib.

12 oktyabr mitinqindən sonra bir neçə gənc, o cümlədən jurnalistlər polis təzyiqinə məruz qalıb. 10 nəfər gənc həmin gün Yasamal polis idarəsinə aparılıb və günün sonunda 51 manat cərimə olunaraq sərbəst buraxılıb.
XS
SM
MD
LG