Accessibility links

Mitinqlər zamanı 185 fəal saxlanılıb


Milli Şuranın referendumun əleyhinə keçirdiyi 11 və 17 sentyabr mitinqindən əvvəl və sonra 185 fəal saxlanılıb. Onların 170 nəfəri AXCP üzvüdür. Fəalların polisə çağırılması hələ də davam edir. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

AXCP mitinqlərdən əvvəl və sonra saxlanılan 185 nəfərin hamısının ad və soyadını, təmsil etdiyi yerli təşkilatı açıqlayıb.

Bayramlının sözlərinə görə, saxlananların 18 nəfəri 5 sutkadan 30 sutkayadək inzibati qaydada həbs, 3 nəfər cərimə olunub, 5 nəfərə isə məhkəmələr xəbərdarlıq edib.

Öz növbəsində, rəsmi Bakı insanların hüquq qarşısında bərabər olduğunu, siyasi yönümünə, fikrini ifadə etdiyinə görə heç kimin cəzalandırılmadığını bildirir.

Bununla yanaşı, yerli hüquq müdafiə təşkilatları ölkədə yüzədək siyasi məhbus kimi tanınan insanın olduğunu iddia edir. “Amnesty İnternational” Azərbaycanda 13 nəfəri “vicdan məhbusu” elan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG