Accessibility links

Kosovonun Mitroviça şəhərində serblər mübahisəli divarı sökür


Bazar günü etnik baxımdan bölünmüş Kosovonın Mitroviça şəhərində serblər mübahisəli divarı söküb. Etnik albanlar onsuz da gərgin vəziyyətin bir az da ağırlaşdığını deyir.

Şəhərdə yaşayan etnik albanlar isə bu divarı provokasiya kimi dəyərləndirib.

Avropa İttifaqı və ABŞ diplomatları etnik albanlarla şəhərdə azlıq təşkil edən serblər arasında danışıqlara vasitəçilik etdikdən sonra bulldozerlər iki metr hündürlüyündəki beton divarı uçurub.

Mitroviça şəhərinin şimalında serblər İbar çayı üzərindən keçən körpü yaxınlığında davamlılığı möhkəmləndirmək üçün dekabrda bu divarı tikib.

Belqraddan Mitrovisaya gələn qatarın üzərində "Kosovo Serbiyadır" yazılıb. 14 yanvar, 2017.

Belqraddan Mitrovisaya gələn qatarın üzərində "Kosovo Serbiyadır" yazılıb. 14 yanvar, 2017.

Şəhərdə yaşayan etnik albanlar isə bu divarı provokasiya kimi dəyərləndirib. Divarın sökülməsi serblərin ötən ay “Kosovo Serbiyadır” sözləri yazılmış qatarı göndərməsindən sonraya təsadüf edir.

2008-ci ildə Kosovo Serbiyadan müstəqilliyini elan etdikdən bəri Mitroviçada serblər və etnik albanlar arasında gərginlik mövcuddur.

Serbiya Kosovonun müstəqilliyini tanımır. Avropa Birliyi bildirib ki, quruma üzv olmaq istəyirsə, hər iki ölkə arasında münasibətlər normallaşdırılmalıdır.

XS
SM
MD
LG