Accessibility links

ABŞ-da Respublikaçıların prezidentliyə namizədliyi Mitt Romni bu gün qurultaydan sonrakı təbliğat-təşviqat kampaniyasına başlayır. Cənab Romni vitse-prezidentliyə namizəd Pol Rayanla birlikdə Florida, Virciniya və Ohayo ştatlarında tərəfdarları ilə görüşəcək.

O, düənən axşam Respublikaçıların Milli Qurultayında noyabr ayında prezident Barak Obama ilə mübarizəyə qatılacaq respublikaçı namizəd kimi rəsmən təsdiq edilib. Mitt Romni qurultayda "Amerikanın vədini bərpa etməyə" söz verib.

Tampada keçirilən Milli Qurultayda Romni deyib ki, o, prezident Obamaya 4 il ərzində uğurlar arzuladığı deyib və bunu onunla əsaslandırıb ki, o, Amerikanın müvəffəq olmasını istəyir.
Ancaq cənab Obama deyib ki, prezidentin vədləri "üzüntüyə və bölünməyə yol açıb" və amerikalılar daha yaxşısına layiqdir.
XS
SM
MD
LG