Accessibility links

Mitt Romni Florida ştatında respublikaçıların prezident praymerisində qələbə əldə edib


Mitt Romni Florida ştatında respublikaçıların prezident praymerisində qələbə əldə edib
Mitt Romni Florida ştatında respublikaçıların prezident praymerisində qələbə əldə edib

Massaçusetts ştatının sabiq qubernatoru Mitt Romni Florida ştatında respublikaçıların prezident praymerisində qələbə əldə edib. Romni Nümayəndələr Palatasının sabiq spikeri Nyut Ginqriç, sabiq Pennsilvaniya senatoru Rik Santorum və Texas konqresmeni Ron Polla yarışırdı. Tampa şəhərində tərəfdarları ilə görüşən namizəd noyabr seçkilərindı prezident Obamanın yerini tutmağa hazır olduğunu bildirib. Massaçusetts ştatının sabiq qubernatorunun ən yaxın rəqibi Gingriç idi. Lakin o, Floridada iki debatda zəiflik nümayiş etdirmişdi. Nümayəndələr Palatasının sabiq spikeri partiyasının avqust ayında keçiriləcək Tampa konvensiyasınadək yarışlardan geri çəkilməyəcəyini bəyan edib.

XS
SM
MD
LG