Accessibility links

Mitt Romni iki ştatda keçirilən praymerizdə mühüm qələbələr qazandı


Mitt Romni iki ştatda keçirilən praymerizdə mühüm qələbələr qazandı
Mitt Romni iki ştatda keçirilən praymerizdə mühüm qələbələr qazandı

ABŞ prezidentliyinə iddialı Mitt Romni iki mühüm praymerizdə Respublikaçı rəqibi üzərində qələbə çalıb. Arizonada asanlıqla qələbə çalan Romni doğma Miçiqan ştatında çətin mübarizə ilə üzləşib.

Romni iki ştatda qazandığı böyük qələbələrə görə bayram edən tərəfdarlarına təşəkkür edib.

O, Barak Obamanın siyasətlərini tənqid edib və yeni iş yerləri yaratmağa, iqtisadiyyatı dirçəltməyə, milli borcu azaltmağa və hökumətin həcmini kiçiltməyə söz verib.

Üç ştatda – Kolorado, Minnesota və Missuridəki praymerizdə qələbələrdən sonra reytinqləri yüksəlmiş Rik Santorum Miçiqan ştatında Mitt Romni üçün ciddi təhlükəyə çevrilmişdi.

Santorum Miçiqanda onu bir ay əvvələdək çox az adamın tanıdığını qeyd edərək həmin ştatda bu qədər səs topladığına görə seçicilərə təşəkkür edib.

XS
SM
MD
LG