Accessibility links

ABŞ prezidentliyinə namizəd İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb


ABŞ prezidentliyinə namizəd Mitt Romni bazar günü İsrailə qısa səfərə başlayıb. Romni İsraildə uzun zamandır dostu olduğu Baş nazir Benyamin Netanyahu ilə görüşüb.
ABŞ prezidentliyinə namizəd Mitt Romni bazar günü İsrailə qısa səfərə başlayıb. Romni İsraildə uzun zamandır dostu olduğu Baş nazir Benyamin Netanyahu ilə görüşüb.

Respublikaçı siyasətçinin sözlərinə görə, o, cənab Netanyahunun İranı nüvə silahı istehsalından çəkindirmək üçün atılacaq addımlarla bağlı fikirlərilə tanış olmaq istəyir.

Baş nazir Netanyahu Romniyə Respublikaçıların nüvə silahına malik İranın dünya üçün ən böyük təhlükə olduğuna dair mövqeyilə tamamilə razı olduğunu deyib.

Mitt Romni müsahibələri zamanı ABŞ-ın rəsmi mövqeyindən çəkilmək istəmədiyini bildirmiş və beləliklə də Obama administrasiyasının İranla danışıqlar aparılan zaman hərbi addıma yol verilməməsinə dair siyasətinə dəstək vermiş olub.

Mitt Romni habelə Qüdsdə Fələstinlilərin Baş naziri Salam Fayyadla da görüşəcək.

Prezidentliyə namizəd Mit Rimni İsrailə Londonda Olimpiya oyunlarının açılış mərasimində iştirak etdikdən sonra səfər edib. Bazar ertəsi günü onun xarici ölkələrə turunun son dayanacağı olan Polşaya səfər edəcəyi gözlənilir.

XS
SM
MD
LG