Accessibility links

Respublikaçı prezidentliyə iddialı Mitt Romni bu gün praymerizin keçiriləcəyi İllinoys ştatında qələbə çalmaqla əsas rəqibi Rik Santorum üzərində üstünlüyü genişləndirməyə çalışır.

Rəy sorğuları göstərir ki, Romni İllinoysda Santorumdan 15 faiz səs çoxluğu ilə irəlidə gedir.

Bu ştat iddalıya partiya qurultayına gedəcək 69 nümayəndə bəxş edəcək ki, bu, da Romninin namizədliyə doğru momentumunu gücləndirə bilər. Sabiq Massaçusets qubernatoru hazırda 521 nümayəndəyə, Santorum isə 253-ə malikdir.

Başqa Respublikaçı iddialılar Nyut Gingriç və Ron Pol xeyli geridə qalırlar.

XS
SM
MD
LG