Accessibility links

Barak Obama Co Baydenlə qürur duyduğunu deyib


Vitse-prezident Co Bayden respublikaçı vitse-prezidentliyə namizəd Pol Rayanla keçirdiyi debatdan sonra prezident Barak Obama Co Baydenlə qürur duyduğunu deyib.

Cənab Obama Florida ştatında keçirdiyi kampaniyasından qayıdarkən debatı təyyarədə canlı izləyib.

O, Vaşınqton şəhəri yaxınlığındakı Andryus hava bazasında müxbirlərin suallarını cavablandırıb.

Prezident Obama və respublikaçı namizəd Mitt Romni gələn həftənin çərşənbə axşamı Nyu York ştatının Hempsted şəhərində ikinci debat üçün görüşəcək. Sonuncu debat oktyabr ayının 22-si Florida ştatında keçiriləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG