Accessibility links

Mitt Romni Puerto-Riko praymerisində qalib gəldi


Respublikaçı prezidentliyə iddialı Mitt Romni partiyasının Puerto-Rikoda keçirdiyi praymeridə qələbə çalaraq Barak Obamaya qarşı seçkilərdə namizəd olmaq üçün şanslarını gücləndirib.

Seçki rəsmiləri bildirirlər ki, səslərin dörddə üçü sayılmaqla Romni bazar günü səslərin 83 faizini udub. Onun əsas rəqibi Rik Santorum 8 faizlə, Nyu Gingriç isə 2 faizlə xeyli arxada gedirlər.

Bu qələbə Romniyə Puerto-Rikodan 20 nümayəndə bəxş etməklə respublikaçıların nominasiyasını qazanmaq üçün tələb olunan 1144 nümayəndə cəminə yaxınlaşdırır.

Romni bu qələbəni İllinoys ştatında qeyd edib.

XS
SM
MD
LG