Accessibility links

Mitt Romni rəqibini sərt tənqid edib

  • Amerikanın səsi

Mitt Romni rəqibini sərt tənqid edib

Mitt Romni rəqibini sərt tənqid edib

ABŞ Respublikaçılar Partiyasından aparıcı iki iddialı növbəti praymerizin keçiriləcəyi Floridada televiziya ilə yayımlanan debatda bir-birini kəskin tənqid atəşinə tutublar.

Nümayəndələr Palatasının sabiq spikeri Nyut Gingriç Cənubi Karolina ştatında keçirilən praymerizin ardınca qələbə çaldıqdan sonra sabiq Massaçusets qubernatoru Mitt Romni rəqibinə hücuma keçib. Romni Gingriçin etika qaydalarına pozmasına və siyasi karyerasında yol verdiyi xətalara diqqət çəkib.

“Söhbət liderlikdən gedir və Gingriç 1994-cü ildə spiker seçildikdən bir neçə il sonra rüsvayçılıqla postunu tərk etməli oldu. O, 1970-ci illərdə Vaşinqtona gəlib. Həmin vaxt mən konsaltinq şirkətində, özəl sektorun aşağı səviyyələrində çalışırdım. Spiker postunu tərk etdikdən 15 il sonra Gingriç Vaşinqtonda nüfuz satmaqla məşğul olub,” deyə Romni bildirib.

Romni Gingriçin ABŞ-da ipoteka böhranına yol açan Freddie Mac şirkəti üçün lobbiçilik fəaliyyətini tənqid eib.

Gingriç öz növbəsində Romninin iddialarını rədd edib:

"O, azı dörd bəyanata verdi bunlar saxtadır. Mən bunlara vaxt itirmək istəmirəm. Düşünürəm ki, Amerika ictimaiyyəti Barak Obamanı necə məğlub etmək haqda diskussiyalara layiqdir. Biz xırda siyasi çəkişmələrdənsə, iqtisadiyyatın durumu üzərində debat aparmalıyıq."

Gingriç yanvarın 31-də keçirləcək praymerizə ötən həftə Cənubi Karolina ştatındakı qələbəsinin doğurduğu momentumla gedir. ABŞ boyu Respublikaçılar praymerizlərinin qalibi prezident seçkilərində Barak Obama ilə üz-üzə gələcək.

XS
SM
MD
LG