Accessibility links

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından keçmiş namizəd Mitt Romni deyib ki, o, siyasi vəziyyətə görə Qış Olimpiya Oyunlarının Rusiyada keçirilməsinə heç cür razılıq verməzdi. “Əgər qərarı mən vermiş olsaydım, Yay, ya da Qış Olimpiya Oyunlarının keçirilməsi üçün Rusiyaya heç vaxt səs verməzdim. Lakin məsələni mən həll etmirəm. Rusiya beynəlxalq səhnədə böyük oyunçudur. Onun ərizə vermək hüququ var. Lakin buna baxmayaraq, ölkə rəhbərliyinin özünü aparması və Olimpiadanın ruhunu nəzərə alaraq, bu, mənim kimi insanların əqidəsinə ziddir”-deyə cənab Romni Fox tele-şirkətinə müsahibədə bildirib.

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı 2014-cü il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək ölkə olaraq 2007-ci ildə seçib. Mitt Romni müsahibədə deyib ki, onun məsələyə münasibəti Olimpiadanın təşkili işinə şübhələrlə deyil, Rusiyada siyasi vəziyyətlə əlaqədardır. O eləcə də Soçi Olimpiadasına böyük miqdarda maliyyə vəsaitinin xərclənməsi ilə əlaqədar təəccübünü ifadə edib.

Cənab Romni Rusiya hökumətinin davranışının Olimpiadanın ruhuna zidd olub-olmadığı sualına təsdiqləyəcəyi cavab verərək, 1936-cı ildə Adolf Hitlerin dövründə Berlində keçirilən Olimpiadanı qeyd edib. ”Hitlerin orada olması Olimpiadanın ruhuna zidd idi. Əlbəttə ki, bu, bizim zəmanədə də ehtimal edilə, ya da ayrıca halda baş verə bilər”-deyə o bildirib.

Mitt Romni Rusiyanın dünya səhnəsində əməkdaşlığa hazırlıq göstərmədiyini deyib. “Rusiya Suriyada Bəşar Əl-Əsədin hakimiyyətdə qalmasına çalışır. Rusiya İranın tərəfində duraraq, çox vaxt onu lazım olan sanksiyalardan qoruyub”-deyə Mitt Romni qeyd edib.

Müsahibə zamanı prezidentliyə keçmiş namizəd Rusiyanın ABŞ-ın Milli Kəşfiyyat agenltiyinin sabiq kontraktoru Edvard Snoudenə sıığınacaq verməsiyini xatırladaraq, bunun Birləşmiş Ştatları qıcıqlandırmaq məqsədilə edildiyini bildirib.

Prezident seçki kampaniyası zamanı 2002-ci ildə Solt Leyk Siti şəhərində Qış Olimpiadasını yüksək səviyyədə təşkil etdiyi dəfələrlə qeyd edilən Mitt Romni deyib ki, o, Volqoqradda 30 adamın ölümü ilə nəticələnmiş terror aktlarından sonra prezident Vladimir Putinin Soçini "alınmaz qala"ya cevirə biləcəyinə şübhə etmir. “Təhlükə törədə biləcək insanların müəyyənləşdirilməsi üçün kəşfiyyat işləri Oimpiadadan aylar, hətta illər əvvəl başlayır. Əminəm ki, Rusiyada Olimpiadanın təhlükəli insanlardan qorunması sahəsində yaxşı iş görə biliblər”-deyə respublikaçı siyasətçi Fox televiziyasına müsahibədə bildirib.
XS
SM
MD
LG