Accessibility links

Mitt Romni Viskonsində praymerini udacağını proqnozlaşdırır

  • Amerikanın səsi

Respublikaçı prezidentliyə iddialı Mitt Romni Viskonsin ştatında keçiriləcək praymeridə qalib gələcəyini proqnozlaşdırır. Onun dediyinə görə bu qələbə ona nominasiyasın təmin etmək şansı verəcək.

Sabiq Massaçusets qubernatoru Romni son günlərdə rəy sorğularında rəqibi Rik Santorumu üstələməyə nail olub. Qarşıdan gələn çərşənbə axşamı Viksonsinlə yanaşı Merilənd ştatında və paytaxt Vaşinqtonda praymeri keçiriləcək.

Viksonsində keçirilən nümayişə tanınmış Respublikaçı konqresmen Pol Ryan da qatılıb. Bir çox ekspertlər Ryanın Mitt Romni tərəfindən vitse-prezidentliyə nominasiya ediləcəyini güman edirlər.

XS
SM
MD
LG