Accessibility links

Mitt Romninin Texas praymerizindən sonra rəsmən namizəd olacağı gözlənilir


Texasda keçiriləcək Respublikaçılar praymerizinin ardınca Mitt Romninin prezidentliyə namizəd olacağı gözlənilir.

Texas praymerizində qələbə çalan iddialı əlavə 150 qurultay nümayəndəsi qazanacaq ki, bu, da sabiq Massaçusets qubernatoruna namizəd olmaq üçün tələb olunan 1144 nümayəndəni toplamağa imkan verir.

Bu günkü praymeriz Nyut Gingriç və Rik Santorum kimi siyasətçilərlə rəqabətə davam gətirmiş Mitt Romni üçün çətin kampaniya mövsümünün sonunu xarakterizə edir.

Son rəy sorğuları Romninin ABŞ prezidenti Barak Obama ilə bərabər dəstəyə malik olduğunu göstərir.

XS
SM
MD
LG