Accessibility links

Mixail Xodorkovski günahkar tanınıb

  • Amerikanın səsi

Mixail Xodorkovski günahkar tanınıb

Mixail Xodorkovski günahkar tanınıb

Xodorkovski və Lebedev həbs cəzalarının səkkizinci ilini başa vururlar

Rusiya məhkəməsi bu gün Yukos neft şirkətinin sabiq rəhbəri, maqnat Mixail Xodorkovskini hazırda fəaliyyəti dayandırılmış şirkətdə oğurluq etdiyinə görə günahkar tanıyıb. Xodorkovskinin ortağı Platon Lebedev də Moskva məhkəməsi tərəfindən müqəssir tanınıb. Məhkəmənin nə zaman hökm çıxaracağı məlum deyil. Bir zamanlar Rusiyanın ən zəngin insanları Xodorkovski və Lebedev altı il ərzində neft gəlirlərinin mənimsənilməsi və 27 milyard dollar məbləğində çirkli pulların yuyulmasında ittiham edilir. Hər iki müttəhim ittihamları rədd edir. Onlar deyir ki, müxalifət namizədlər və Xodorkovskinin 2003-cü ildəki həbsi dövründə prezident vəzifəsində çalışan hazırki baş nazir Vladimir Putinin tənqidçilərini müdafiə etdiklərinə görə onlar diqqət mərkəzindədirlər. Xodorkovski və Lebedev saxtakarlıq və vergilərdən yayınma ittihamı ilə həbs cəzasının səkkizinci ilini başa vururlar.

XS
SM
MD
LG