Accessibility links

Mixail Xodorkovskiyə qarşı yeni hökm çıxarıldı


Mixail Xodorkovskiyə qarşı yeni hökm çıxarıldı

Mixail Xodorkovskiyə qarşı yeni hökm çıxarıldı

Pul mənimsənilməsi də daxil edilməklə digər ittihamlarda günahkar bilindiklərindən bir gün sonra Moskva məhkəməsi Rusiya maqnatı Mixail Xodorkovski və onun əməkdaşı Platon Lebedev haqqında hökm çıxarıb. Mətbuat orqanları Xodorkovski və Lebedevə qarşı hökmün 250 vərəqdən ibarət olduğunu bildirmişlər. Onlara əlavə həbs cəzasının nə zaman veriləcəyi barədə məlumat yoxdur.

Keçmişdə Rusiyanın ən zəngin şəxslərindən olan Mixail Xodorkovsi Kremlin şirkəti müsadirə edib, müflis elan etməsindən, əmlakı və qiymətli kağızlarını satmasından əvvəl Yukos neft şirkətinə başçılıq edirdi. Rəsmilər Xodorkovski və onun biznes əməkdaşı Lebedevi neft oğruluğunda və 27 milyon dollar məbləğində pul mənimsəməkdə ittiham edirlər.

Ağ Evin bəyanatında çıxarılan hökmdən dərin təssüf hissi keçirildiyi bildirilib.

XS
SM
MD
LG