Accessibility links

Mixail Qorbaçov yeni parlament seçkilərinə çağırıb

  • Amerikanın səsi

Mixail Qorbaçov yeni parlament seçkilərinə çağırıb

Mixail Qorbaçov yeni parlament seçkilərinə çağırıb

Sabiq Sovet lideri Mixail Qorbaçov Rusiya parlament seçkilərinin ləğv edilərək yenidən keçirilməsinə çağırıb. Onun sözlərinə görə nəticələr ictimayyətin istəyini əks etdirmir və rəsmilər seçkilərin saxtalaşdırıldığını etiraf etməlidirlər. Müxalifət liderləri və beynəlxalq müşaidəçilər seçkilər zamanı seçki qutularının saxta büllütünlərlə doldurması və başqa qanunsuzluqların baş verdiyini bildirib. Minlərlə polis və Daxili İşlər Nazirliyinin qoşunları saxta hesab edilən seçkilərin əleyhinə keçirilən etiraz aksiyalarının üçüncü gün də davam etməsinin qarşısını almaq məqsədi ilə Moskva küçələrində patrul edir. Dünən 250-dən çox müxalifət nümayişçisi Moskvada, 100-dən çox nümayşçi isə Sankt-Peterburqda həbs edilib. Hökumət tərəfdarları Krem qarşısında toplaşıb. ABŞ Dövlət katibi Hillari Klinton dünən deyib ki, Rusiyadakı seçkilər nə azad nə də ədalətli keçirilib və nəticə ciddi narahatlığa səbəb olub.

XS
SM
MD
LG