Accessibility links

Miyandabli mədəni fəal İnqilab Məhkəməsinə çağırıldı


Miyandabli mədəni fəal İnqilab Məhkəməsinə çağırıldı
Miyandabli mədəni fəal İnqilab Məhkəməsinə çağırıldı

Behbud Quluzadəyə qarşı “Nizamın əleyhinə təbliğat aparmaq” ittihamı irəli sürülür.Onun başçılıq etdiyi Qoşaçayda fəaliyyət göstərən təşkilat dağçılıqdan əlavə, gənc nəsli Azərbaycan kültürü ilə tanış edirdi və ətraf-mühitin qorunmasına çalışırdı. Amma 5 ay əvvəl, Miyandabın Təhlükəsizlik Şurasının əmrinə əsasən təşkilatın fəaliyyəti dayandırıldı.

Miyandablı (Qoşaçay) İran-azərbaycanlı, “Yaşıl Azərbaycan Dağçılıq (alpinist) Qrupu-nun başçısı və mədəni fəal Behbud Quluzadə, Mahabad şəhərinin inqilab məhkəməsinə çağırıldı. Bu xəbəri Bir sıra Fars və Türk xəbər saytları yayıblar. Onun məhkəməyə çağırılış əmrinin şəkli də bəzi saytlarda yayılıb.

Çağrılış əmrində Behbud Quluzadəyə qarşı “Nizamın zidinə təbliğat aparmaq” ittihamı irəli sürülür. Buna əlavə olaraq ondan tələb edilib ki, bir ay sonra gəlib təslim olsun. O iki ay əvvəl də, sorğu-sual edilmək üçün prokurorluğa çağrılmış və özünə qarşı ittiham oxunmuşdu. “Yaşıl Azərbaycan Dağçılıq Qrupunun” təsisçisi təşkilatın təbliğatında, Azərbaycanın simbvolu olaraq tanınan rənqlərdən istifadə etdiyinə, ondan əlavə öz iş yerində “etnikliği” və “Pantürkizmi” təbliğ edən şəkillər nümayiş etdirməkdə ittiham olunub.

Bu xəbərlərə əsasən, Yaşıl Azərbaycan Dağçılıq Qrupu, 10 il əvvəl, Gərbi Azərbaycanın dagçılıq federasiyonundan fəaliyyət icazəsi almışdı. Bu qrup, Qoşaçayda (Miyandab) fəaliyyət göstərən bu qrup gənc nəsli Azərbaycan kültürü ilə tanış edirdi və dağçılıqdan əlavə, ətraf-mühitin ya çevrənin qorunmasını örgədirdi. Amma 5 ay əvvəl, Miyandabın Təhlükəsizlik Şurasının əmrinə əsasən onun fəaliyyətlərinin qabağı alındı

XS
SM
MD
LG