Accessibility links

Sabiq bosniyalı serb komandir Ratko Mladiçin soyqırım və müharibə cinayəti üzrə məhkəməsi bu gün ilk şahidin ifadəsilə davam edir.

Bosniyalı müsəlman Elvedin Pasik Haaqa məhəkəməsinə 1992-ci ilin noyabr ayında Qrabovitsa kəndində 150 nəfərin Bosniya serb qoşunları tərəfindən qətlə yetirərkən sağ qala bilməsi barədə ifadə verməlidir. O zaman onun 14 yaşı var idi.

Mladiç soyqırım da daxil olmaqla, 1992-ci ildə Bosniya-Hertsoqavinada etnik münaqişə zamanı törədilmiş cinayətdə əli olduğu üçün 11 maddə üzrə ittiham edilir.

Mladiç təqsiri olmadığını iddia edir. Günahkar tanındığı təqdirdə onu ömürlük həbs cəzası gözləyir.
XS
SM
MD
LG