Accessibility links

Məlahət Nəsibova: Naxçıvan Azərbaycan hökumətinin repressiya laborotoriyasıdır (AUDİO)

  • Əsgər Möhsümoğlu

Bu gün Bakıdakı Naxçıvan nümayəndələyi qarşısında etiraz aksiyası keçirilib. Piketçilər Vasif Talıbovun rəhbərlik etdiyi regionda siyasi repressiyalara etiraz ediblər.

Bu gün Bakıdakı Naxçıvan nümayəndələyi qarşısında etiraz aksiyası keçirilib. Piketçilər Vasif Talıbovun rəhbərlik etdiyi regionda siyasi repressiyalara etiraz ediblər.

Hüquq müdafiəçisi Məlahət Nəsibova bu gün Bakıda Naxçıvan nümayəndəliyi qarşısında aksiyanı şərh edərkən regiondakı repressiv durumun dözülməz həddə çatdığını bildirib. Vasif Talıbovun rəhbərliyi altında Naxçıvan Azərbaycan hökumətinin repressiya laborotoriyasına çevrilib, deyə Nəsibova Amerikanın Səsinə bildirib. Onu sözlərinə görə bir vaxtlar Azərbaycanda siyasi islahatlar dalğasının önündə gedən Naxçıvan camaatı indi diktatorial bir rejim altında inləyir, elementar hüquqları pozulur və səfalət içərisində yaşayır. Xanım Nəsibova Vasif Talibovun repressiv idarəçiliyi sayəsində Naxçıvanı çox sayda adamın tərk etdiyini və xalqın hökumətdən xeyli narazı olduğunu bildirib. Bakıdakı hakimiyyətdə guya “Naxçıvan” klanının təmsil oluduğunu düşünənlər bilməlidirlər ki, bu dəqiqə Azərbaycanda həm siyasi həm də iqtisadi baxımdan ən pis durum Naxçıvandadır, deyə Məlahət Nəsibova bildirib. Müsahibəni dinləyin.

XS
SM
MD
LG