Accessibility links

“Məni öldürməyin, mən müsəlmanam”


Bu sözlər əfqan tərcüməçinin sağ qalmasına səbəb olub

Beynəlxalq xristian xeyriyyəçi təşkilatı bu gün səhiyyə qrupunun, altı amerikalı daxil olmaqla 10 üzvünün militantlar tərəfindən qətlə yetirildiyini bildirib. Bununla yanaşı, Əfqanıstanın şimalında ucqar ərazidə baş vermiş hadisədə iki əfqan tərcüməçi də qətlə yetirilib. Beynəlxalq Yardım Missiyasının rəhbəri Dirk Frans bildirib ki, hadisə tibb işçiləri Nuristandakı göz klinikasından Kabilə qayıdan zaman baş verib. Hücumun məsuliyyətini Taliban qrupu öz üzərinə götürüb. Taliban sözcüsü Zabihullah Mucahed xəbər agentliklərinə bildirib ki, grupun üzvləri Xristian missionerləri olub. Qrup ilə səfərdə olan iki əfqan qaçaraq xilas ola biliblər. Xilas olanlardan bir deyib ki, onun sağ qalmasına səbəb, hadisə zamanı Qurandan bir parça oxuması və “Məni öldürməyin, mən müsəlmanam”deməsi olub.

XS
SM
MD
LG