Accessibility links

“Bütün Bombaların Anası” 36 İŞİD döyüşçüsünü öldürüb


Əfqanıstanın bildirdiyinə görə, cümə axşamı Birləşmiş Ştatların hərbi təyyarəsinin atdığı bomba İslam Dövləti qrupunun 36 üzvünün ölməsinə səbəb olub və böyük silah anbarını dağıdıb.

Əfqanıstan Müdafiə Nazirliyinin cümə günü açıqladığı bəyanatda hücum zamanı mülki vətəndaşların xəsarət almadığı deyilir.

İslam Dövlətinin Əfqanıstanın şimal-şərq Nanqarhar vilayətindəki tunel kompleksinə cümə axşamı atılan 10 tondan çox ağırlıqdakı GBU-43 markalı bombanın adı "Mother of All Bombs" - “Bütün Bombaların Anası”-dır.

Əfqanıstan prezidenti Əşrəf Qani ofisi əməliyyatın Əfqnıstanın Təhlükəsizik və Müdafiə Nairlikləri ilə koordinasiya edildiyini bildirib. Prezident ofisi onu da əlavə edib ki, Əfqan ordusu da digər terrorçu qruplaşmalarla müvarizədə NATO-nun Qətiyyətli Dəstək Missiyası ilə əməkdaşlıq edir.

Əfqanıstanın sabiq prezidenti Həmid Karzay MOAB - “Bütün Bombaların Anası” bombasından əfqan torpaqlarında istifadəni qınayıb. "Mən Birləşmiş Ştatlar ordusunun vahiməli, yeni qeyri-nüvə bombasını Əfqanıstana atmasını qətiyyətlə qınayıram," deyə o, Twitter səhifəsində bildirib.

Bu, düzgün hədəf üçün düzgün silah idi

ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandiri, general Con Nikolson bu MOAB bombasından istifadə qərarının Vaşinqton rəsmiləri ilə müzakirə etdikdın sonra edildiyini deyib. "Bu, doğru hədəf üçün doğru silah idi," deyə, General Nikolson bu gün keçirilən mətbuat konfransında bildirib.

O, bombanın İŞİD-in öz müdafiə sistemini istehkamlandırmasına cavab olaraq atıldığını deyib.

Birləşmiş Ştatlar 10 ildən çoxdur hazırladığı ən qüdrətli qeyri-nüvə MOAB - “Bütün Bombaların Anası” bombasından döyüş zonasında ilk dəfədir istifadə edib.

Şimali Koreya problemdir. Və biz bu problemi həll edəcəyik.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp İslam Dövləti ekstremistlərinə qarşı havadan edilən hərbi əməliyyatın keçirilməsi üçün orduya tam səlahiyyət verildiyini deyib.

Lakin prezident bu missiyanın məqsədi barədə suala cavab verməkdən yayınıb, amma işarə edib ki, bu Şimali Koreyaya mesaj kimi yozula bilər. Belə ki, Pxenyan yaxın günlərdə nüvə sınağı keçirməyə hazırlaşır.

"Mən bilmirəm, bu, Şimali Koreyaya mesajdır, ya yox. Mənim üçün bunun fərqi yoxdur," deyə cənab Tramp Ağ Evdə müxbirlərə bildirib. "Şimali Koreya problemdir. Və biz bu problemi həll edəcəyik."

XS
SM
MD
LG