Accessibility links

Elm

Sükan arxasında mobil telefondan istifadəyə son [Video]


Milli Təhlükəsizlik Şurası bildirir ki, ABŞ-da dörd qəzadan biri mobil telefon istifadəsi zamanı baş verir. Telefon zəng çaldığı zaman, sürücülərin çoxu özlərini telefona cavab verməkdən saxlaya bilmir.

Stevens Texnologiya İnstitutunun mühəndislik fakültəsinin bir qrup tələbəsi avtomobildəki sərnişinlərin telefonlarından istifadəsinə əngəl törətmədiyi halda sürücünün sükan arxasında mobil telefonla danışması və ya mesaj yazmasını məhdudlaşdıracaq applikasiya ixtira edib.

Bu applikasiya avtomobilə əlavə heç bir elektronik cihaz quraşdırılmasını tələb etmir, deyə lahiyənin rəhbəri professor Yinqyinq Çen bildirir.

Yinqyinq Çen: "Əsas ideya bundan ibarətdir ki, əgər telefona zəng gəlsə və ya sürücü mesaj yazmaq istəsə, telefon avtomatik siqnalla səsi avtomobilin audio cihazına göndərir və səs maşının spikerindən gəlməyə başlayır."

Bu siqnal insanın eşitmə qabiliyyətindən üstündür. Ancaq telefonun mikrafonu səsi tuta bilir. Telefon spikerlə özü arasındakı məsafəni hesablayaraq, avtomobildəki yerini müəyyən edə bilir.

Əgər telefon sürücü tərəfdədirsə, o gələn zəngi səsli mesaja yönəldir və ya gələn yazı mesajını gecikdirərək sürücü tərəfindən istifadəsini məhdudlaşdırır. Bu proses hətta avtomobildə yüksək səsli musiqi çalındıqda da işləyir.

Çen deyir ki, applikasiyanın ilk versiyası avtomobilin audio cihazının yanılı olmasını tələb edir. Ancaq gələcək versiyada applikasiyanın səs dinamikalarından asılılığı aradan qaldırılacaq.

Yinqyinq Çen: "Biz sadəcə akselerometer və qiroskop daxil olmaqla ağıllı telefonlardakı sensorlardan istifadə edirik. Bu bizə həmçinin telefonun sürücü və ya sərnişin tərəfdə olduğunu müəyyən etməyə kömək edir."

Çen Stevens İnstitutunun və Rutgers Universitetinin Phd tələbələrinin bu müştərək lahiyəsinin küçələrdə sınaqdan müvəffəqiyyətlə keçdiyini deyir. İki nəhəng mobil şirkəti ATT və Verizon yeni applikasiyanın öz xidmətlərinə inteqrasiyasına maraq göstərib.

XS
SM
MD
LG